Elmi müəssisənin istiqamətinə uyğun olaraq şöbə üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilməsini təşkil edir və müvafıq sahə üzrə onların inkişaf perspektivlərini müəyyənləşdirir.
Tədqiqat və araşdırmaların aparılması üçün metod və vasitələri, şöbə qarşısında duran elmi və texniki vəzifələrin həlli yollarını seçir.
Elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş elmi tədqiqat və yaradıcılıq proseslərini, şöbənin perspektiv və illik planlarını hazırlayır və rəhbərliyə təqdim edir.
Müvafıq elm və texnika sahəsinin inkişafı üçün texniki tapşırıqların, metodiki sənədlərin işlənib hazırlanmasına rəhbərlik edir.
Elmi-tədqiqat işlərinin birgə icraçılarını, iştirak edən müəssisə və təşkilatları müəyyənləşdirir.
Şöbənin (bölmənin, laboratoriyanın və s.) tematik planında nəzərdə tutulan mövzulara rəhbərliyi həyata keçirir, onların son məqsədini və gözlənilən nəticələrini formalaşdırır.
Mühüm işlərin aparılmasında iştirak edir. Nəzərdə tutulan tapşırıqların, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, şöbənin (bölmənin, laboratoriyanın və s.) mütəxəssisləri və birgə icraçılar tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət edir.
Şöbənin yerinə yetirdiyi işlər haqqında hesabat tərtib edir, elmi nəticələrin təcrübədə tətbiqini, müəllif nəzarətini və texniki köməkliyi təmin edir.